General-mayor Baqiri İran və Suriya arasında hərbi əməkdaşlığın genişləndirilməsini vurğulayıb
https://parstoday.ir/azeri/news/iran-i4902-general_mayor_baqiri_İran_və_suriya_arasında_hərbi_əməkdaşlığın_genişləndirilməsini_vurğulayıb
İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İran və Suriya arasında hərbi əməkdaşlığın genişləndirilməsini vurğulayıb.
(last modified 2026-04-08T07:08:49+00:00 )
Mart 19, 2024 04:58 Asia/Baku
  • General-mayor Baqiri İran və Suriya arasında hərbi əməkdaşlığın genişləndirilməsini vurğulayıb

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İran və Suriya arasında hərbi əməkdaşlığın genişləndirilməsini vurğulayıb.

Tehrana səfər edən Suriyanın müdafiə naziri, general-leytenant “Əli Mahmud Abbas” nümayəndə heyəti ilə birlikdə bazar ertəsi axşam İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor “Məhəmməd Baqiri” ilə görüşüb və söhbət edib.

Bu görüşdə General-mayor Baqiri deyib: Sionist rejimin ən güclü hücumları altında təxminən altı aya yaxın Qəzza xalqının müqaviməti müqavimət qüvvələrinin gücü və qabiliyyətini göstərir.

General-leytenant Əli Mahmud Abbas da bu görüşdə deyib: Müqavimət oxu kimi İran və Suriya silahlı qüvvələrinin birgə əməkdaşlığını genişləndirmək lazımdır.

Tərəflər həmçinin Qəzza zolağında sionist cinayətlərinin davam etməsini və bəzi hökumətlərin bununla bağlı susqunluğunu pisləyiblər və bu rejimin məzlum Fələstin xalqına hücumlarını və Livan və Suriyaya hava hücumlarını sionistlərin öz qeyri-qanuni məqsədlərinə nail ola bilməməsinin və bu rejimin proyeksiyasının əlaməti hesab etdilər.