İran və Ərəbistan rəsmiləri ikitərəfli əlaqələrin inkişafını vurğulayıblar
İran İslam Respublikasının Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki baş konsulu və bu şəhərin Ticarət Palatasının rəhbəri iki ölkə arasında iqtisadi, ticarət və elmi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
İranın Səudiyyə Ərəbistanı ilə tibbi və müalicəvi sahələr, turizm, tikinti materialları, mühəndislik xidmətləri daxil olmaqla hər cür mübadilə qurmaq üçün çoxlu və müxtəlif imkanları var.
Bu barədə İran İslam Respublikasının Ciddədəki baş konsulu “Həsən Zərnigar” Ciddə Ticarət Palatasının rəhbəri Məhəmməd Yusif Nağı ilə görüşündə deyib.
Ciddə Ticarət Palatasının rəhbəri İran və Səudiyyə Ərəbistanı arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafını alqışlamaqla yanaşı, iqtisadi mübadilələrin və iki ölkənin işgüzar nümayəndə heyətlərinin mübadiləsinin əhəmiyyəti və prioritetini vurğulayıb.
Məhəmməd Yusif Nağı Ciddə limanının əhəmiyyətinə, bu şəhərin Məkkə və Mədinəyə giriş qapısı mövqeyinə toxunaraq deyib: İqtisadi, ticarət və elmi əlaqələrin inkişafı üçün İranın imkanlarından istifadə etmək faydalı və zəruridir.