Ərdəbildə Qədr gecəsi mərasimləri keçirilib
https://parstoday.ir/azeri/news/iran-i4988-Ərdəbildə_qədr_gecəsi_mərasimləri_keçirilib
Qədr gecələrinin ilk gecəsi şənbə gecəsi Ərdəbil vilayətinin çoxlu sayda mömin camaatının iştirakı ilə vilayətin bütün şəhərlərinin məscidlərində keçirildi.
(last modified 2024-04-02T07:09:44+00:00 )
Mart 30, 2024 11:19 Asia/Baku
  • Ərdəbildə Qədr gecəsi mərasimləri keçirilib

Qədr gecələrinin ilk gecəsi şənbə gecəsi Ərdəbil vilayətinin çoxlu sayda mömin camaatının iştirakı ilə vilayətin bütün şəhərlərinin məscidlərində keçirildi.

 

Ərdəbil şəhərində ilk Qədr gecəsi Ərdəbil müsəllasında Vəliyyi-fəqihin vilayət üzrə nümayəndəsi və Ərdəbilin imam cüməsi Ayətullah Seyid Həsən Amilinin xətibliyi və mömin camaatın iştirakı ilə keçirildi.

Bu mərasimdə Ərdəbil imam cüməsi Ramazan ayının və Qədr gecəsinin fəzilətləri, eləcə də İmam Əlinin (ə) böyük şəxsiyyətindən danışdı və bu gecənin xüsusi mərasimini Əhli-beyt (ə) məddahlarının mərsiyyə oxumaları ilə icra etdi.

Həzrət Əmirəlmöminin Əlinin (ə) fəzilətlərindən söz açan Ayətullah Seyid Həsən Amili İmam Əlinin (ə) şəxsiyyəti haqqında deyib: “Fəsahət, şücaət, elm, riyazət, irfan, helm və mehribanlıqda (Allahın Rəsulundan (s) sonra) ondan üstün bir kəs yoxdur.”

Möminlər və Əhli-beyt (ə) aşiqləri bu mərasimdə gecənin bir hissəsini Rəhman surəsini, Təvəssül və Cövşən-kəbir dualarını oxumaqla, Quran başa qoyaraq “bikə ya Əllah” oxumaqla və “əl-ğəvs, əl-ğəvs xəllisna minən-nari ya Rəbb” və “əl-əvf” zikrləri ilə keçirdilər.