Ceyş əl-Zulm terrorçularının SEPAH qərargahına hücumunun uğursuz qalması
https://parstoday.ir/azeri/news/iran-i5052-ceyş_əl_zulm_terrorçularının_sepah_qərargahına_hücumunun_uğursuz_qalması
Ceyş əl-Zulm” terror qruplaşması çərşənbə günü axşam saatlarında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Rask və Çabahardakı qərargahını ələ keçirməyə cəhd edib, lakin təhlükəsizlik müdafiəçilərinin müqaviməti ilə onların planları elə ilk saatlarda məğlubiyyətə uğrayıb.
(last modified 2024-04-04T06:43:05+00:00 )
Apr 04, 2024 10:42 Asia/Baku
  • Ceyş əl-Zulm terrorçularının SEPAH qərargahına hücumunun uğursuz qalması

Ceyş əl-Zulm” terror qruplaşması çərşənbə günü axşam saatlarında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Rask və Çabahardakı qərargahını ələ keçirməyə cəhd edib, lakin təhlükəsizlik müdafiəçilərinin müqaviməti ilə onların planları elə ilk saatlarda məğlubiyyətə uğrayıb.

 

Sistan və Bəlucistan valisinin təhlükəsizlik və hüquq-mühafizə üzrə müavini İRNA-ya açıqlamasında deyib: “Çərşənbə günü saat 22:00 radələrində Rask və Çabahar şəhərlərində bir neçə hərbi qərargah terror qruplaşması tərəfindən hücuma məruz qalıb.”

O, əlavə edib: “Hərbçilərin və hüquq-mühafizə qüvvələrinin hazırlığı nəticəsində terrorçuların qarşısı alınıb və bu terrorçulardan bir neçəsi ölüb və yaralanıb.

Sistan və Bəlucistan valisinin təhlükəsizlik və asayişin mühafizəsi üzrə müavini deyib: “Bu əməliyyatda 3 təhlükəsizlik müdafiəçisi şəhid olub.”