Əmir Abdullahiyan: Sionist rejimin cinayətləri cavabsız qalmayacaq
https://parstoday.ir/azeri/news/iran-i5054-Əmir_abdullahiyan_sionist_rejimin_cinayətləri_cavabsız_qalmayacaq
 İran və Livanın xarici işlər nazirləri Hüseyn Əmir Abdullahiyan və Abdullah Buhəbib arasında telefon danışığı olub.
(last modified 2024-04-04T06:44:26+00:00 )
Apr 04, 2024 10:43 Asia/Baku
  • Əmir Abdullahiyan: Sionist rejimin cinayətləri cavabsız qalmayacaq

 İran və Livanın xarici işlər nazirləri Hüseyn Əmir Abdullahiyan və Abdullah Buhəbib arasında telefon danışığı olub.

 

Livanın Xarici İşlər naziri sionist rejimin İran İslam Respublikasının Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə hücumu ilə bağlı Livan hökuməti və xalqının ölkəmizin hökuməti və xalqına başsağlığını bildirərək deyib: “Biz İsrailin İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə qarşı bütün beynəlxalq müqavilələrə zidd olan hərbi təcavüzünü qətiyyətlə pisləyirik.”

Livanın Xarici İşlər naziri sionist rejimin Livana qarşı davamlı və gündəlik təhdidlərinə də işarə edərək vurğulayıb: “Livan hökuməti, xalqı və müqaviməti bu təhdidlərdən qorxmur.”

Bu telefon danışığında ölkəmizin Xarici İşlər naziri doktor Hüseyn Əmir Abdullahiyan da deyib: “Sionist rejimin cinayətlərinə hərtərəfli dəstəyi nəzərə alaraq, Amerika bu rejimin təcavüzkar və terror aktlarına görə məsuliyyət daşımalıdır. Təbii ki, bu uşaq qatili olan rejimin cinayəti cavabsız qalmayacaq.”