İran İslam Respublikasının Prezidenti: Dünya sionist rejimin məhvinə tamaşa edəcək
https://parstoday.ir/azeri/news/iran-i5056-İran_İslam_respublikasının_prezidenti_dünya_sionist_rejimin_məhvinə_tamaşa_edəcək
İran İslam Respublikasının prezidenti mesajında ​​ayıq və qədirbilən İran xalqına Ümumdünya Qüds günü yürüşündə geniş iştirakına görə təşəkkür edib və deyib: Dünya sionist rejimin məhvinə tamaşa edəcək.
(last modified 2026-04-08T07:08:49+00:00 )
Apr 06, 2024 05:21 Asia/Baku
  • İran İslam  Respublikasının Prezidenti: Dünya sionist rejimin məhvinə tamaşa edəcək

İran İslam Respublikasının prezidenti mesajında ​​ayıq və qədirbilən İran xalqına Ümumdünya Qüds günü yürüşündə geniş iştirakına görə təşəkkür edib və deyib: Dünya sionist rejimin məhvinə tamaşa edəcək.

İran İslam Respublikasının böyük banisi İmam Xomeyninin (r.ə) təşəbbüsü ilə müqəddəs Ramazan ayının sonuncu cümə günü Beynəlxalq Qüds Günü adlandırılıb.

Müsəlman xalqı mübarək Ramazan ayının son cümə gününü Beynəlxalq Qüds Günü adlandırdıqdan sonra Fələstin məsələsinə  məzlum xalqlara dəstək üçün bir zərurət kimi baxır.

Dünən cümə günü İranın 2 mindən çox şəhər və kəndində iranlıların iştirakı ilə Ümumdünya Qüds Günü yürüş mərasimi keçirilib.

Bununla əlaqədar və Iran Radio və Televiziya xəbər agentliyinə görə, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi cümə günü axşam müraciətində ayıq və qədirbilən İran xalqının Ümumdünya Qüds günü yürüşündə geniş iştirakını yüksək qiymətləndirib və bu epik iştirakı qlobal təkəbbür üçün açıq bir mesaj olaraq bildirib ki, zülm və qəsb , təcavüz və qətl həmişə uğursuzluğa məhkumdur.

Bu gün fələstinlilərin qeyrət və şücaəti sayəsində hər kəsə aydın oldu ki, sionizmin yalançı sarayı hörümçək evindən də zəifdir.-Rəisi əlavə edib.

İran İslam Respublikasının prezidenti qeyd edib ki, bu qlobal hərəkat, şübhəsiz ki, nəticə verəcək və dünya Allahın dürüst vədinin yerinə yetməsinə və sionist rejimin məhvinə tamaşa edəcək.