İranın Zahidan şəhərində patrul bölməsinə edilən terror aktının təfərrüatları
https://parstoday.ir/azeri/news/iran-i5068-İranın_zahidan_şəhərində_patrul_bölməsinə_edilən_terror_aktının_təfərrüatları
 Zahidan şəhərində Kurin polis idarəsinin patrul bölməsinə edilən terror aktı nəticəsində 2 nəfər şəhid olub.
(last modified 2024-04-07T06:39:09+00:00 )
Apr 06, 2024 13:45 Asia/Baku
  • İranın Zahidan şəhərində patrul bölməsinə edilən terror aktının təfərrüatları

 Zahidan şəhərində Kurin polis idarəsinin patrul bölməsinə edilən terror aktı nəticəsində 2 nəfər şəhid olub.

 

Sistan və Bəlucistan Polis Komandanlığının informasiya mərkəzi yaydığı məlumatda bildirib: “Bir saat əvvəl Kurin bölgəsində Kurin polis bölməsinin patrul bölməsi (missiya həyata keçirərkən) qəlbi kor terrorçularının hücumuna məruz qalıb və terror nəticəsində bölmənin iki əməkdaşı (iki əsgər) şəhid olub və bir əməkdaşı yaralanıb.”Bununla bağlı bir nəfər yaralanmış terrorçu həbs edilib, digər silahlı terrorçuların tutulması istiqamətində işlər davam edir.