Almaniya İran paravoleybolçularına məğlub oldu: 0-3
Apr 08, 2024 13:04 Asia/Baku
Almanlar İranın qadınlardan ibarət paravoleybol millisinə məğlub olublar.
İranın qadınlardan ibarət paravoleybol millisi Paris paralimpiyasının seçmə turnirində Almaniya millisi üzərində qələbə qazanıb.
Paris paralimpiyasının seçmə görüşləri Çinin Dali şəhərində keçirilməkdədir.
İranın qadınlardan ibarət paravoleybol millisi Almaniya komandasını üç-sıfır hesabı ilə məğlub edib.
Beryaniyanın yetirmələri birinci seti iyirmi beş-on üç, ikinci seti iyirmi altı-iyirmi dörd, üçüncü seti isə iyirmi beş-iyirmi bir hesabı ilə qalibiyyətlə başa vurublar.
Teqlər