BMT sözçüsü: Regionda gərginliyin daha da artmasından narahatıq
https://parstoday.ir/azeri/news/iran-i5110-bmt_sözçüsü_regionda_gərginliyin_daha_da_artmasından_narahatıq
 Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Düjarrik İsrailin Suriyanın Dəməşq şəhərindəki İran konsulluğuna hücumundan və Tehranın Təl-Əvivə reaksiyasından sonra Qərbi Asiya regionunda gərginliyin artması ehtimalı barədə deyib: “Bölgədə gərginliyin artmasından narahatıq.”
(last modified 2024-04-13T07:31:44+00:00 )
Apr 09, 2024 10:01 Asia/Baku
  • BMT sözçüsü: Regionda gərginliyin daha da artmasından narahatıq

 Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Düjarrik İsrailin Suriyanın Dəməşq şəhərindəki İran konsulluğuna hücumundan və Tehranın Təl-Əvivə reaksiyasından sonra Qərbi Asiya regionunda gərginliyin artması ehtimalı barədə deyib: “Bölgədə gərginliyin artmasından narahatıq.”

 Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Düjarrik İsrailin Suriyanın Dəməşq şəhərindəki İran konsulluğuna hücumundan və Tehranın Təl-Əvivə reaksiyasından sonra Qərbi Asiya regionunda gərginliyin artması ehtimalı barədə deyib: “Bölgədə gərginliyin artmasından narahatıq.”

Bir müxbir bazar ertəsi BMT-nin sözçüsü Stefan Düjarrikdən soruşub: “Ehtimal olunur ki, İran bütün dünyada İsrail səfirliklərini hədəfə alacaq. BMT-nin baş katibi Antonio Quterreş iranlılarla danışıbmı? Quterreş Yaxın Şərqdə münaqişənin baş verəcəyindən narahatdırmı?”

BMT sözçüsü müxbirin sualına belə cavab verib: “Bir neçə dəfə dediyim kimi, keçən həftə Baş katibin İranın Xarici İşlər naziri ilə söhbəti olub. Biz regionda gərginliyin daha da artması riskindən açıq şəkildə narahatıq.”