İranın Rusiyadakı səfiri: Tehran Avrasiya İqtisadi İttifaqında müşahidəçi mövqeyi axtarır
İranın Rusiyadakı səfiri bildirib ki, Tehran Avrasiya İttifaqında müşahidəçi statusu almaqda qərarlıdır.
İran və Avrasiya İqtisadi Birliyi arasında azad ticarət müqaviləsi 2023-cü il dekabrın 25-də Rusiyanın Sankt-Peterburq şəhərində sazişin tərəfləri olan 6 ölkənin rəsmilərinin iştirak etdiyi toplantıda imzalanıb.
Bu razılaşmanın yekunlaşması ilə İran mallarının Avrasiya İqtisadi Birliyinin üzvü olan Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistana ixracının təxminən 87 faizi gömrük tarifləri olmadan həyata keçiriləcək və bunun müqabilində bu ölkələrin İrana ixracı bu üstünlüyə malik olacaq.
İranın Rusiyadakı səfiri Kazım Cəlali cümə axşamı Moskvada keçirilən "Dəyişən dünyada İran-Rusiya əməkdaşlığı" adlı ikinci elmi-beynəlxalq konfransda İranın Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlıq tarixinə toxunaraq, azad ticarət sazişinin müqavilə tərəflərinin parlamentləri tərəfindən təsdiqləndikdən sonra ən qısa zamanda həyata keçiriləcəyinə ümid etdiyini bildirib.
İranın Rusiyadakı səfiri çıxışının başqa bir hissəsində Şimal-Cənub dəhlizinin iki ölkənin böyük layihəsi olduğunu xatırladıb və deyib:
Bu dəhliz təkcə iki ölkə arasında sərfəli iqtisadi plan deyil, həm də region ölkələrinin bir-birinin yanında yerləşdiyi yeni blokun formalaşmasıdır və bu məsələ sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində səmərəli rol oynaya bilər.