Raisi: müstəmləkəçi güclər fitnəkar şəkildə İran və Pakistan arasında etibarsızlıq yaratmağa çalışır
https://parstoday.ir/azeri/news/iran-i5124-raisi_müstəmləkəçi_güclər_fitnəkar_şəkildə_İran_və_pakistan_arasında_etibarsızlıq_yaratmağa_çalışır
İran İslam Respublikası prezidenti : İran-Pakistan əlaqələrinin inkişafı hegemon güclərin xoşuna gəlmir və onlar fitnə ilə iki xalq və iki İslam ölkəsi arasında uçurum yaratmağa cəhd edirlər.
(last modified 2024-04-13T07:31:49+00:00 )
Apr 12, 2024 10:39 Asia/Baku
  • Raisi: müstəmləkəçi güclər fitnəkar şəkildə İran və Pakistan arasında etibarsızlıq yaratmağa çalışır

İran İslam Respublikası prezidenti : İran-Pakistan əlaqələrinin inkişafı hegemon güclərin xoşuna gəlmir və onlar fitnə ilə iki xalq və iki İslam ölkəsi arasında uçurum yaratmağa cəhd edirlər.

İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ötən gün axşam Pakistan Respublikasının Prezidenti Asif Əli Zərdari ilə telefon danışığında iki ölkə arasında əlaqələrin dərin, tarixi və din, inanc, mədəniyyət və qonşuluq sahələrində bir çox qırılmaz ortaqlıqlara söykəndiyini bildirib.

Prezident rəisi qarşılıqlı əlaqələri genişləndirmək üçün iki ölkənin imkanlarının müxtəlif və zəngin olduğunu bəyan edərək deyib: “İran və Pakistan mədəni, ticarət və enerji sahələrində əməkdaşlığı genişləndirmək üçün çox yaxşı sahələrə malikdir və İran İslam Respublikası bu imkanların reallaşdırılması üçün əməli addımlar atılacağına ümid edir.”

Rəisi İslam ümməti gənclərinin müxtəlif fitnələrin, o cümlədən İŞİD-in fitnələrinin dəf edilməsində iman və qeyrətini yüksək qiymətləndirərək vurğulayıb: “İki ölkə arasında münasibətlərin inkişafı müstəmləkəçi güclərin heç də xoşuna gəlmir və fitnə yaratmaqla iki xalq və iki İslam ölkəsi arasında uçurum yaratmağa çalışırlar. Biz terrorizmə qarşı birgə mübarizədə əməkdaşlığı gücləndirməklə, düşmənlərin istəklərinin həyata keçməsinin qarşısını almalı, Tehran və İslamabad arasında dostluğu inkişaf etdirməliyik.”

Prezident rəisi sionist rejimin Qəzzada cinayətlərini və soyqırımlarını davam etdirməsini İslam ölkələri və dünyanın bütün azad insanları üçün ağır bir kədər hesab edib, uşaq öldürən bu rejimin cinayətlərinin qarşısının alınması istiqamətində təsirli təzyiqlərin göstərilməsi üçün azadlıqsevər və müstəqil dövlətlərin birgə səylərinin zəruriliyini vurğulayıb.

Bu telefon danışığında Asif Əli Zərdari də İran hökuməti və xalqını Fitr bayramı münasibətilə təbrik edib və sionist rejimin İran İslam Respublikasının Dəməşqdəki konsulluq binasına hücumunu pisləyib, özünün və ölkəsinin İranla əlaqələri inkişaf etdirmək arzusundan danışaraq deyib: “İki ölkə arasında geniş mədəni və sivilizasiya oxşarlıqları, iki tərəf arasında mədəni, ticarət, iqtisadi əlaqələrin genişləndirilməsi və müxtəlif və çoxsaylı imkanların mübadiləsi üçün əlverişli sahədir.”

Pakistan Prezidenti də doktor Rəisinin İran və Pakistan xalqının düşmənlərinin regionda təhlükəsizlik mühitini gücləndirmək üçün fitnəkarlıqları barədə fikirlərini təsdiqləyib, terrorizmlə mübarizə və bu məsələnin iki ölkə arasında dostluq münasibətlərinə xələl gətirməməsi üçün əlaqələrin və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsini vurğulayıb.

Zərdari həmçinin müsəlman və müstəqil ölkələrin sionist rejimin Qəzzanın məzlum xalqına qarşı cinayətlərini dayandırmaq üçün bu rejimə təzyiq göstərmək səylərinin zəruriliyini vurğulayıb.