Regiondakı son hadisələr İran və İngiltərə xarici işlər nazirlərinin danışıq mehvəri olub
https://parstoday.ir/azeri/news/iran-i5126-regiondakı_son_hadisələr_İran_və_İngiltərə_xarici_işlər_nazirlərinin_danışıq_mehvəri_olub
İngiltərənin xarici işlər naziri Devid Kemeron və İranın xarici işlər naziri Hüseyin Əmir-Abdullahiyan ingilis tərəfin təşəbbüsü ilə həyata keçirilən telefon danışığında regionda baş verən son hadisələr və iki ölkə münasibətləri ətrafında fikir mübadiləsi aparıblar.
(last modified 2024-04-13T04:55:29+00:00 )
Apr 12, 2024 09:50 Asia/Baku
  •     Regiondakı son hadisələr İran və İngiltərə xarici işlər nazirlərinin danışıq mehvəri olub

İngiltərənin xarici işlər naziri Devid Kemeron və İranın xarici işlər naziri Hüseyin Əmir-Abdullahiyan ingilis tərəfin təşəbbüsü ilə həyata keçirilən telefon danışığında regionda baş verən son hadisələr və iki ölkə münasibətləri ətrafında fikir mübadiləsi aparıblar.

 

İki ölkə münasibətlərində irəliyə doğru baş verən bəzi dəyişikliklərə toxunan tərəflər/ əməkdaşlıqların qarşılıqlı hörmətə söykənən bir atmosferdə gücləndirilməsi istiqamətində/ birgə səylərin davam etməsini istədiklərini bildiriblər.

Əmir-Abdullahiyan İngiltərənin/ İsrail rejiminin İran İslam Respublikasının Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə qarşı hava hücumunu pisləmək istiqamətində heç bir hərəkət etməməsini tənqid edib.

Asayişin bölgəyə qayıtmasının yeganə təsirli yolu kimi Qəzzədə və qərb sahilində soyqırım və hərbi cinayətlərin dərhal dayandırılması zərurətini vurğulayan İran xarici işlər naziri bildiribdir ki: Tehran heç vaxt bölgədə gərginliyin genişlənməsinin ardınca olmayıb, amma İsrail rejiminin İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə qarşı terror hücumu qarşısında Amerika və İngiltərənin sükutu, Netanyahunu militarizmi davam etdirməyə və onu regionda genişləndirməyə təşviq etmək deməkdir.

Böhranın kökü Qırmızı dənizdə deyil, Qəzzədəki soyqırımındadır- deyə, İran xarici işlər naziri vurğulayıb.

İngiltərə xarici işlər naziri də bu telefon söhbətində bölgədə mövcud olan gərginliklərə işarə edib.

İran İslam Respublikasının təmkinlilik göstərməsini istəyən Devid Kemeron vurğulayıbdır ki: Tərəflər təmkinlilik göstərməzlərsə, bu, regionda toqquşmaların daha da genişlənməsinə gətirib çıxara bilər.