Sionist rejimin kimyəvi gübrə yükü İran gömrüyü tərəfindən ələ keçirilib
https://parstoday.ir/azeri/news/iran-i5198-sionist_rejimin_kimyəvi_gübrə_yükü_İran_gömrüyü_tərəfindən_ələ_keçirilib
İran gömrükçüləri sionist rejimin istehsal etdiyi tranzit kimyəvi gübrə yükünü ələ keçirib.
(last modified 2024-04-15T06:27:35+00:00 )
Apr 15, 2024 10:26 Asia/Baku
  • Sionist rejimin kimyəvi gübrə yükü İran gömrüyü tərəfindən ələ keçirilib

İran gömrükçüləri sionist rejimin istehsal etdiyi tranzit kimyəvi gübrə yükünü ələ keçirib.

 

Tərkibində kalium nitrat olan və sionist rejim tərəfindən istehsal olunmuş kimyəvi gübrədən ibarət bu yük Özbəkistana aparılması üçün xarici tranzit prosedurlarını həyata keçirmək üçün yük maşını vasitəsilə Bazarqan Gömrüyünə bəyan edilib və gömrük əməkdaşları tərəfindən ələ keçirilib.

Məlumatda bildirilir ki, sionist rejimin istehsal etdiyi hər hansı malın İran gömrüyündən idxalı və tranziti qadağandır və son zamanlar gömrük işçiləri tərəfindən bu mallar üzərində ciddi nəzarət mövcuddur.