Rəisi Havanaya daxil olub
https://parstoday.ir/azeri/news/iran-i520-rəisi_havanaya_daxil_olub
İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi cümə axşamı səhər Havanaya daxil olub və ölkənin beynəlxalq hava limanında ölkə rəsmiləri tərəfindən qarşılanıb.
(last modified 2023-06-17T07:17:22+00:00 )
İyun 15, 2023 05:59 Asia/Baku
  • Rəisi Havanaya daxil olub

İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi cümə axşamı səhər Havanaya daxil olub və ölkənin beynəlxalq hava limanında ölkə rəsmiləri tərəfindən qarşılanıb.

Bazar ertəsi səhər İran İslam Respublikasının Prezidenti siyasi və iqtisadi bir heyətin başında dost ölkələrlə əlaqələri gücləndirmək məqsədi ilə Latın Amerikasının Venesuela, Nikaraqua və Kubaya 5 günlük səfər çərçivəsində yola düşüb.

Prezident Rəisi Venesuelaya iki günlük səfəri zamanı venesuelalı həmkarı Nikolas Maduro ,yüksək səviyyəli nümayəndə heyətləri, parlamentin spikeri və bu ölkənin milli parlamentinin komissiya rəhbərləri qrupu ilə görüşdən əlavə, İranın nailiyyətlərinin elm və texnologiya sərgisi və İranın iki böyük avtomobil şirkətinin istehsal xəttinin başlanğıcından gürüş keçirib və Venesuelada 26 əməkdaşlıq sənədi imzalamaq və Venesuela gəncləri və elitaları üçün çıxış edərək planlarını başa çatdırıb.

Seyid İbrahim Rəisi Venesuelaya səfəri başa çatdıqdan sonra çərşənbə günü səhər Manaquaya gedib.

Rəisi Nikaraquaya səfəri zamanı həmkarı Daniel Orteqa, ölkənin Milli parlamentinin spikeri və nümayəndələri və Manaqua Universitetinin tələbələri ilə görüşüb .

İran və Nikaraquanın yüksək səviyyəli rəsmiləri də cümə axşamı səhər iki ölkə prezidentlərinin iştirakı ilə 3 əməkdaşlıq sənədi imzalayıblar.

Kuba Rəisinin Latın Amerikası regionuna səfərinin birinci hissəsinin yekunudur.