ABC News: İranın 9 raketi İsrailin 2 bazasını vurub
https://parstoday.ir/azeri/news/iran-i5208-abc_news_İranın_9_raketi_İsrailin_2_bazasını_vurub
 Yüksək rütbəli Amerika rəsmisi bazar günü gecə ABC News kanalına İsrailin hava hücumundan müdafiə sistemindən keçən ən azı 9 İran raketinin İsrailin 2 hava bazasını vurduğunu və zədələndiyini bildirib.
(last modified 2024-04-17T05:44:05+00:00 )
Apr 15, 2024 10:41 Asia/Baku
  • ABC News: İranın 9 raketi İsrailin 2 bazasını vurub

 Yüksək rütbəli Amerika rəsmisi bazar günü gecə ABC News kanalına İsrailin hava hücumundan müdafiə sistemindən keçən ən azı 9 İran raketinin İsrailin 2 hava bazasını vurduğunu və zədələndiyini bildirib.

 

Adı açıqlanmayan rəsmi bildirib ki, beş ballistik raket İsrailin Navatim Hava Bazasını vurub və C-130 hərbi nəqliyyat təyyarəsini zədələyib.

Onun sözlərinə görə, digər dörd ballistik raket də Negev aviabazasına düşüb, lakin ora dəyən ziyan barədə hələlik məlumat verilməyib.