İslam İnqilabının Böyük Rəhbəri: Sionist rejim indi passiv vəziyyətdədir
https://parstoday.ir/azeri/news/iran-i522-İslam_İnqilabının_böyük_rəhbəri_sionist_rejim_indi_passiv_vəziyyətdədir
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Fələstin İslami Cihad Hərəkatının baş katibi və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə vurğulayıblar: Sionist rejim hazırda passiv vəziyyətdədir.
(last modified 2026-04-08T07:08:49+00:00 )
İyun 15, 2023 06:32 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbəri: Sionist rejim indi passiv vəziyyətdədir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Fələstin İslami Cihad Hərəkatının baş katibi və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə vurğulayıblar: Sionist rejim hazırda passiv vəziyyətdədir.

“Həzrət Ayətullahuluzma Xamenei”, Dünən axşam (çərşənbə günü) Fələstin İslami Cihad Hərəkatının baş katibi “Ziyad ən-Nəxalə” və onu müşayiət edən heyətlə görüşündə İslami Cihadın Qəzzada son döyüşdəki qələbəsini təbrik edərkən, sionist rejiminin bugünkü mövqeyini yetmiş il əvvəlki vəziyyətlə müqayisədə çox fərqli hesab edərək vurğuladılar: Bu gün sionist düşmən passivlik və irtica mövqeyindədir və bu vəziyyət göstərir ki, Fələstin İslami Cihadı və müqavimət qrupları yolu düzgün müəyyənləşdirib və bu istiqamətdə irəliləyirlər.

İslam İnqilabının Böyük Rəhbərinin ofisinin informasiya portalının məlumatına görə , Ali Məqamlı Rəhbər vurğulayıblar ki,Bütün vucudla risk alınmayana qədər böyük hədəf və işlərdə məqsədə çatmaq mümkün olmayacaq və  bu gün Allahın lütfü ilə Fələstin müqavimət qrupları və İslami Cihadın gücü və etibarı günbəgün artır və sionist rejimin 5 günlük müharibədə son məğlubiyyəti bunu təsdiq edir.

Həzrət Ayətullahuluzma Xamenei qeyd edib: Fələstin İslami Cihadı son Qəzza döyüşündə yaxşı imtahan verdi və indi sionist rejimin vəziyyəti yetmiş il əvvəlki ilə müqayisədə dəyişib Və sionist başçılarının bu rejimin 80-ci ildönümünü görməməkdən narahat olmağa haqqı var.

İnqilab Rəhbəri İslami Cihad və digər Fələstin müqavimət qruplarının sionist rejimlə mübarizənin əsas açarını tapdıqlarını vurğulayaraq əlavə ediblər:İordan çayının qərb sahilində müqavimət qruplarının artan gücü sionist düşməni diz çökdürmək üçün açardır və bu yol davam etməlidir.

Fələstinli Mübariz qrupların siyasi və meydanda fəaliyyət vəhdəti naminə bu hərəkətini yüksək qiymətləndirərən Ali Məqamlı Rəhbər İran İslam Respublikasının Fələstin xalqı və Mübariz qruplara dəstəyinin davam etdirilməsini vurğulayıblar.

Fələstin İslami Cihad Hərəkatının baş katibi bu görüşdə İran İslam Respublikasının Fələstin xalqına və onun mübarizələrinə daimi dəstəyini yüksək qiymətləndirməklə yanaşı,işğal olunmuş Fələstindəki son hadisələr, xüsusilə sionist rejimin Qəzzada 5 günlük müharibədə məğlubiyyəti və İordan çayının qərb sahilindəki şərait və müqavimət qruplarının bu bölgədəki üstünlüyü barədə məruzə edib və deyib: İslami Cihad Qəzzada müharibədən başi üca çıxdı və biz ümid edirik ki, tezliklə yekun qələbə və Şərif Qüdsün azad edilməsini görəcəyik.