Əmir Abdullahyan: İran sionist rejimin regionun sülh və sabitliyini pozmasına icazə verməyəcək
İranın xarici işlər naziri: İran İslam Respublikası regionda qonşu və dost ölkələrin təhlükəsizliyini və sabitliyini özünün sabitliyi və təhlükəsizliyi hesab edir və soyqırımçı İsrail rejiminin avantürizmi ilə regionda sülh və sabitlik mühitini pozmasına imkan verməyəcək.
İranın Xarici İşlər Naziri Hüseyn Əmirabdollahian Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi ilə telefon danışığında regionda baş verən proseslərlə bağlı xüsusilə İran silahlı qüvvələrinin sionist işğalçı rejimin hərbi məqsədlərinə qarşı əməliyyatından sonra İranın son mövqe və baxışlarını qanuni müdafiə və bu işğalçı rejimin cəzalandırılması istiqamətində izah edib.
həmçinin, Omanın xarici işlər naziri sionist rejimin regionda, xüsusilə də məzlum Fələstin xalqına qarşı təcavüz və cinayətlərini pisləyib və mövcud həssas vəziyyətdən çıxmaq, sabitlik və davamlı təhlükəsizliyi təmin etmək üçün region ölkələri arasında sıx əlaqələndirmə və məsləhətləşmələrin aparılmasını vurğulayıb.
İranın xarici işlər naziri Çinin xarici işlər naziri Vanq Yi ilə telefon danışığında da işğalçı İsrail rejiminin həyasızlığı və bu soyqırımçı rejimin İranın Suriyadakı səfirliyinin konsulluq şöbəsinə terror hücumuna cavab olaraq İran İslam Respublikası silahlı qüvvələrinin diplomatik səyləri və qanuni hərəkətlərini izah edərək, deyib: ABŞ hökumətinə xəbərdarlıq edildi ki, sionist rejim İranın mənafeyinə və təhlükəsizliyinə qarşı terror hücumlarını təkrarlayarsa, Tehranın cavabı və növbəti addımı qəti, ani və geniş olacaq.
Bu telefon danışığnda Çinin xarici işlər naziri sionist rejimin İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinə hücumunu pisləyib və diplomatik məkanlara hücumu beynəlxalq qanunlar, prinsiplər və qaydaların pozulması adlandırıb.
Həmçinin İranın xarici işlər naziri Malayziyanın xarici işlər naziri Məhəmməd Həsənlə telefon danışığında bildirib ki, “İsrail rejimi Qəzza müharibəsi bataqlığından xilas olmaq üçün İranın Dəməşqdəki səfirliyinə hücum edərək işdə bir növ proyeksiya və sapma axtarırdı.”
Əmir Abdullahian ABŞ, İngiltərə və Fransanın maneçiliyi səbəbindən Təhlükəsizlik Şurasının sionist rejimin hərəkətini pisləyən minimal bəyanat belə qəbul etməməsindən təəssüfünü ifadə edərək deyib: İran İslam Respublikası qəsbkar sionist rejimə qarşı konkret əməliyyatda qanuni müdafiə çərçivəsində İsrailin rejimini cəzalandırıb.
Malayziyanın xarici işlər naziri də regionda baş verən proseslərdən narahatlığını bildirib və sionist rejiminin İranın Dəməşqdəki səfirliyinin konsulluq binasına hücumunu pisləyib.
Sionist rejimin İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinə hücumuna cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu bazar günü səhər (14 aprel) işğal olunmuş ərazilərə yüzlərlə pilotsuz uçuş aparatı və raket zərbələri endirib ki, dünya mediasında və ictimai rəyində geniş əksini tapmışdır.