Apr 19, 2024 20:42 Asia/Baku
  • Kənani ABŞ-ın Fələstinin BMT-yə tam üzvlüyünə qarşı vetosunu kəskin tərzdə pisləyib

İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın Fələstinin BMT-yə tam üzvlüyünə qarşı veto üzrə məsuliyyətsiz və qeyri-konstruktiv səsini kəskin tərzdə pisləyib.

 

Nasir Kənani deyib: Vaşinqtonun bu addımı, Amerikanın xarici siyasətinin riyakarcasına mahiyyətini dünyanın ümumi fikrinin yanında daha çox ifşa etdi.

İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: Amerikanın ötən yetmiş ildən çox bir müddətdə beynəlxalq və regional sülh və təhlükəsizliyin qurban edilməsi hesabına və Amerika xalqının xərci ilə/ siyasi, iqtisadi, hərbi, hüquqi və beynəlxalq sahələrdə sionist rejimi birtərəfli və qeyri-məhdud şəkildə himayə etməsi nəinki öz işləkliyini itirib, həm də Amerikanın hakim dairələrini dünyanın ümumi fikrinin yanında həmişəkindən artıq şəkildə abırdan salıb və sübut edibdir ki, bu ölkə dünya ictimaiyyətində bitərəf oyunçu və məsul tərəf deyildir.

Teqlər