İraq İslami Müqaviməti Həşd əş-Şəbinin qərargahına hücuma reaksiya verdi
https://parstoday.ir/azeri/news/iran-i5270-İraq_İslami_müqaviməti_həşd_əş_Şəbinin_qərargahına_hücuma_reaksiya_verdi
 İraq İslami Müqaviməti şənbə günü səhər saatlarında işğal altındakı Fələstində yerləşən Eylatda mühüm hədəfə pilotsuz təyyarə ilə hücum etdiyini açıqlayıb.
(last modified 2024-04-20T07:05:53+00:00 )
Apr 20, 2024 10:06 Asia/Baku
  • İraq İslami Müqaviməti Həşd əş-Şəbinin qərargahına hücuma reaksiya verdi

 İraq İslami Müqaviməti şənbə günü səhər saatlarında işğal altındakı Fələstində yerləşən Eylatda mühüm hədəfə pilotsuz təyyarə ilə hücum etdiyini açıqlayıb.

 

İraq İslami Müqaviməti elan edib ki, mücahidlərimiz Qəzzadakı işğalçı rejimin cinayətlərinə cavab və bu bölgə xalqına dəstək, eləcə də Həşd əl-Şəbiyə hücuma cavab olaraq işğal altındakı Eylatda mühüm hədəfə hücum ediblər.

Bir saat əvvəl Kətaib Seyid əş-Şühəda müqavimət hərəkatının baş katibi Əbu Ala əl-Vəlai şənbə günü gecə İraqın Babil əyalətinin şimalındakı hərbi bazada baş verən partlayışa reaksiya verib və onlara cavab veriləcəyi ilə hədələyib.