İshaq Dar: İranın regiondakı mövqeyini yüksək qiymətləndiririk
https://parstoday.ir/azeri/news/iran-i5316-İshaq_dar_İranın_regiondakı_mövqeyini_yüksək_qiymətləndiririk
Pakistanın xarici işlər naziri Tehranın Fələstinə dəstək mövqeyini yüksək qiymətləndirib.
(last modified 2024-04-23T04:11:42+00:00 )
Apr 23, 2024 08:08 Asia/Baku
  • İshaq Dar: İranın regiondakı mövqeyini yüksək qiymətləndiririk

Pakistanın xarici işlər naziri Tehranın Fələstinə dəstək mövqeyini yüksək qiymətləndirib.

 

Pakistanın xarici işlər naziri İslamabadda İran İslam Respublikası prezidentinin ilk işgüzar səfəri zamanı Seyid İbrahim Rəisi ilə görüşüb və rəsmi Tehranın regionda, xüsusilə Fələstinə dəstəkdə tutduğu mövqeyi yüksək qiymətləndirib.

Pakistanın xarici işlər naziri senator İshaq Dar əlavə edib: “İslam dünyası İran İslam Respublikasının ümumi problemlərin həlli sahəsində atdığı addımlardan razıdır”.