İran və İraq iki ölkə arasında təhlükəsizlik sazişinin irəliləməsini vurğulayıblar
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi və İraqın milli təhlükəsizlik müşaviri iki ölkə arasında təhlükəsizlik razılaşmasının irəlilədilməsinə təkid ediblər.
Iran Radio və Televiziya xəbər agentliyinin məlumatına görə, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Rusiyanın 12-ci Beynəlxalq Təhlükəsizlik Sammiti çərçivəsində İraqın milli təhlükəsizlik müşaviri Qasim Əl-Ərəci ilə görüşündə, İran-İraq təhlükəsizlik sazişinin icrasını nəzərdən keçirməklə, bu razılaşmanın irəliləməsi üçün mümkün qədər tez alt komitələrin yaradılmasını tələb edib.
İraqın Ali Milli Təhlükəsizlik Şurasının katibi də İran İslam Respublikasının regionun təhlükəsizliyinin təmin edilməsində və regionda sülh və sabitliyin yaradılmasındakı rolunu yüksək qiymətləndirib.
Qeyd edək ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian 12-ci Rusiya Beynəlxalq Təhlükəsizlik Sammitində və BRİCS ölkələrinin Milli Təhlükəsizlik Şurası katiblərinin iclasında iştirak etmək məqsədi ilə çərşənbə axşamı günü Sankt-Peterburqa səfər edib.