Apr 24, 2024 13:24 Asia/Baku
  • İran Xarici İşlər Nazirliyinin sözçüsü: Amerikada insan haqlarının pozulması dünyanı narahat edib

İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-da seçki hüququ, söz azadlığı və insan haqlarının zorakılıqla pozulmasını dünya xalqlarının narahatçılığına səbəb adlandırıb.

Qəzzadaı müharibədən 200 gün keçməsinə və Bayden hökumətinin maliyyə, hərbi və siyasi dəstəyi ilə sionist rejimin günahsız Fələstin xalqına qarşı cəzasız qalaraq cinayətlərinin davam etməsinə baxmayaraq Amerika universitetləri etiraz edən tələbələrin repressiya və cəza meydanına çevrilib.

Son 7 ayda Amerika universitetlərində İsrailin Qəzza zolağında törətdiyi cinayətlərə, xüsusilə soyqırımlarına, aclıq silahlından istifadə etməsinə və bu bölgədə aclığın yaranmasına etiraz olaraq, həmçinin dərhal atəşkəs və Qəzzaya yardımın artırılması tələbi ilə kütləvi etiraz aksiyaları keçirilib ki, Amerika hökumətinin mənfi reaksiyası və bu etirazların iştirakçılarının cəzalandırılması ilə qarşılanıb.

Buna görə də, Nyu-York polisi dünən (çərşənbə axşamı) elan edib ki, Nyu York Universitetinin həbs edilən 133 tələbəsi məhkəməyə çağırış vərəqəsi çıxardıqdan sonra sərbəst buraxılıb.

Bununla bağlı İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani çərşənbə günü X sosial şəbəkəsində yazıb: Fələstin xalqına dəstək verdiyinə görə amerikalı universitet tələbələrinin bu ölkə polisi tərəfindən geniş şəkildə sıxışdırılması və həbs edilməsi, səsvermə hüququnun, söz azadlığının və insan haqlarının zorakılıqla pozulması ilə bağlı xəbərlər bütün dünyada insanların narahatlığına səbəb olub.

Amerika hökumətinin insan hüquqları ilə bağlı öhdəliklərinə sadiq qalaraq, universitet tələbələrinin və professorlarının söz və sərbəst toplaşmaq azadlığına zəmanət verməsi, onların tələblərinə və qanuni hüquqlarına hörmət etməsi zəruridir.-Kənani əlavə edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Boğucu mühit yaratmaq və etirazçıları susdurmaqla, sionist rejimin fələstinlilərin soyqırımına qarşı Amerika hökumətinin əsas və dəstəkləyici rolu silinməyəcək.