Əmir Abdullahian: İran və Nikaraqua rəsmiləri arasında danışıqlar faydalı və konstruktiv keçdi
https://parstoday.ir/azeri/news/iran-i534-Əmir_abdullahian_İran_və_nikaraqua_rəsmiləri_arasında_danışıqlar_faydalı_və_konstruktiv_keçdi
İran İslam Respublikasının xarici işlər naziri İran və Nikaraqua rəsmiləri arasında əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsi məqsədilə aparılan danışıqları faydalı və konstruktiv adlandırıb.
(last modified 2026-08-01T08:46:57+00:00 )
İyun 15, 2023 10:12 Asia/Baku
  • Əmir Abdullahian: İran və Nikaraqua rəsmiləri arasında danışıqlar faydalı və konstruktiv keçdi

İran İslam Respublikasının xarici işlər naziri İran və Nikaraqua rəsmiləri arasında əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsi məqsədilə aparılan danışıqları faydalı və konstruktiv adlandırıb.

Bazar ertəsi səhər İran İslam Respublikasının Prezidenti siyasi və iqtisadi bir heyətin başında dost ölkələrlə əlaqələri gücləndirmək məqsədi ilə Latın Amerikasının Venesuela, Nikaraqua və Kubaya 5 günlük səfər çərçivəsində yola düşüb.

Eyni istiqamətdə; İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian cümə axşamı günü prezident Seyid İbrahim Rəisinin üç ölkə Venesuela, Nikaraqua və Kubaya səfəri çərçivəsində Nikaraqua xarici işlər naziri ilə görüşərək ikitərəfli inkişaflar və beynəlxalq dialoq məsələlərinin son tendensiyası ilə bağlı fikir mübadiləsi aparıb.

Əmir-Abdullahiyan Nikaraqua dövlətinə İran İslam Respublikasının yüksək səviyyəli nümayəndə heyətini qəbul etdiyinə görə təşəkkür edərək, iki ölkə rəsmiləri arasında danışıqları faydalı və məhsuldar adlandırıb.

Nikaraqua xarici işlər naziri Denis Monkada İranın yüksək rütbəli nümayəndə heyətinin Manaquada olmasından məmnunluğunu ifadə edərək,ölkəsinin təmasların səviyyəsini yüksəltməyə, xüsusilə iqtisadi sahədə əməkdaşlığı gücləndirməyə və şaxələndirməyə hazır olduğunu vurğulayıb.

İran İslam Respublikasının prezidenti səfərinin 15-ci istiqaməti olaraq bu gün səhər (cümə axşamı) Kubanın paytaxtı Havanaya gəlib.