Apr 27, 2024 13:34 Asia/Baku
  • İraq müqaviməti Hayfa şəhərinə hücum edib

 İraq İslami Müqaviməti şənbə günü gecə saatlarında işğal olunmuş Fələstinin liman şəhəri olan Hayfada mühüm hədəfə hücum etdiyini açıqlayıb.

 

Bu hücum bir neçə PUA ilə həyata keçirilib. 

İraqın İslami Müqavimət Hərəkatının bəyanatında bu rejimin mülki əhalini hədəf alma cinayətlərinə cavab olaraq İsrail rejiminin hədəflərinə hücumların davam etdiyi vurğulanır. 

Müqavimət qüvvələrinin döyüş mediasının bu yaxınlarda dərc etdiyi infoqrafikaya görə, Əl-Əqsa tufanından bu yana İraqın İslami müqaviməti ötən 200 gündə keçirdiyi əməliyyatlarda İraqda 90, işğal altındakı ərazilərdəki 65, Suriyada isə 88 hədəf olmaqla 243 hədəfə hücum təşkil edib.

Teqlər