Fars körfəzi dünyanın ən böyük enerji transfer koridorudur
https://parstoday.ir/azeri/news/iran-i5430-fars_körfəzi_dünyanın_ən_böyük_enerji_transfer_koridorudur
 Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin koordinasiya işləri üzrə müavini deyib: Fars körfəzi dünyanın ən böyük enerji transfer koridorudur və dünya enerjisinin 30 %-indən çoxu Hörmüz boğazından keçir.
(last modified 2024-04-30T07:31:30+00:00 )
Apr 29, 2024 10:57 Asia/Baku
  • Fars körfəzi dünyanın ən böyük enerji transfer koridorudur

 Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin koordinasiya işləri üzrə müavini deyib: Fars körfəzi dünyanın ən böyük enerji transfer koridorudur və dünya enerjisinin 30 %-indən çoxu Hörmüz boğazından keçir.

 

Admiral Xacə Əmiri bazar ertəsi - aprelin 29-da Əndişə Mədəniyyət Mərkəzində keçirilən Fars Körfəzi Milli Günü ilə bağlı anım mərasimində şəhidlərin xatirəsini ehtiramla yad edərək dedi: Fars körfəzi dünyanın ən böyük enerji transfer koridorudur və dünya enerjisinin 30 %-dən çoxu Hörmüz boğazından keçir. Buna görə də dənizə diqqət yetirmək və onun zəngin imkanlarından istifadə etmək əhəmiyyətli irəliləyişlərə səbəb ola bilər.

O əlavə edib: Fars körfəzinin bu bölgəyə əhəmiyyət verən digər bir xüsusiyyəti də buradakı daşımaların asanlığıdır və ölkəmizin rəsmilərinə görə, İranın ixrac və idxalının 80 %-dən çoxu Fars körfəzi vasitəsilə həyata keçirilir.