Sərhədsiz Reportyorlar Təşkilatı illik media azadlığı hesabatını açıqlayıb
Yeni hesabatda Azərbaycanın gerilədiyi bildirilir
Sərhədsiz Reportyorlar Təşkilatı illik media azadlığı hesabatında Azərbaycan Respublikasındakı vəziyyəti tənqid edib.
Hesabatda bildirilir ki, qiymətləndirmə 180 ölkə üzrə aparılıb. Azərbaycan Respublikası isə sıralamada 164-cü yerdədir. Bu, o deməkdir ki, ölkə ötən illə müqayisədə 13 pillə geriləyib.
Gürcüstan isə sıralamada 103-cü yerdədir. Ötən ilki göstəriciyə baxanda 26 pillə geriləyib.
Cənubi Qafqaz ölkələrindən yeganə Ermənistanın göstəricisi 6 pillə yaxşılaşıb və ölkə 43-cü yerə yüksəlib.
Hesabat müəllifləri yazırlar ki, dünyada əksər hökumətlər sosial media və internet üzərində nəzarəti gücləndirib, girişi məhdudlaşdırıb, hesabları bloklayıb, siyasətçilər media orqanlarını məhkəmə hədələrinə məruz qoyub.