İran Yol və Şəhərsalma naziri: “İran Rah” regionun böyük logistik mərkəzinə çevriləcək
İran Yol və şəhərsalma naziri “İran Rah” adlı Şimal-Cənub Qitələrarası Dəhlizinin tamamlanması üçün bütün imkanlardan istifadə edilməsini bildirərək deyib ki, “Bu dəhliz regionun böyük logistik mərkəzinə çevriləcək”
Mehrdad Bəzrpaş Rusiya prezidentinin xüsusi köməkçisi ilə Sankt-Peterburqda keçirdiyi görüşdə Şimal-Cənub dəhlizinin tamamlanmasına toxunaraq deyib ki, “Bizim bu görüşdə iştirakımız, Şimal-Cənub dəhlizinin standart çərçivəyə salınması ilə yanaşı, İran İslam Respublikasının bu dəhliz zəncirini və eləcə də, magistral yolunu tamamlamaq istəyini göstərir və bütünlükdə götürsək iclasda əsas dəhliz xətti məsələsinin əhəmiyyəti vurğulanıb. Bununla bərabər bütün imkanlardan istifadəni nəzərdən keçirməklə qeyd edilən dəhlizin “İran Rah” adı altında tamamlansına qərar verilməsi gözlənilir ”
Bəzrpaş həmçinin çıxışında qeyd edib ki, “Bu dəhliz şimaldan cənuba birləşdirilməli və regionda böyük logistika mərkəzi kimi qurulmalıdır”
Rusiya prezidentinin xüsusi köməkçisi Levitin də regionda yeni marşrutların yaradılmasını nəzərə çatdıraraq bildirib ki, “ Beynəlxalq nəqliyyat şəbəkəsi qovşağı kimi tanınan İran da bu marşrutdan kənar deyil və onun perspektiv imkanları tam şəkildə özünü göstərir”
Qeyd edək ki, 26-cı Sankt-Peterburq İqtisadi Forumu Rusiya Prezidenti, MDB-yə üzv ölkələrin prezidentləri, 120-dən çox ölkənin baş nazirləri və iqtisadiyyat nazirlərinin iştirakı ilə keçirilir.
Xatırladaq ki, müstəqil ölkələr arasında iqtisadi yaxınlaşmanın gücləndirilməsi istiqamətində 200 ixtisaslaşdırılmış iclasın keçirilməsi, müstəqil ölkələrə qarşı sanksiyaların neytrallaşdırılması yollarının araşdırılması, bank əməkdaşlığı və iqtisadi mübadilələrdə dollar əvəzinə milli valyutalardan istifadə etmək üçün çoxtərəfli danışıqlar 26-cı İqtisadi Forumun mühüm istiqamətlərindəndir. Bu Forum, hazırda Sankt-Peterburqda keçirilir.