May 08, 2024 09:29 Asia/Baku
  • Rəisi: “Doğru Vəd” əməliyyatı milli qürur hissi yaratmağa səbəbdir

İran İslam Respublikası prezidenti “Doğru Vəd” əməliyyatını milli qürur hissi yaratmağa səbəb və konsensus yaratmaq üçün dönüş nöqtəsi hesab edib və deyib: Bu əməliyyat sübut etdi ki, güclü İran müharibənin kölgəsini ölkədən və hərbi variantı masadan silə bilər.

İran Teleradio xəbər agentliyinin məlumatına görə, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi canlı televiziya ilə xalqa müraciətində “Doğru Vəd” əməliyyatını inqilabi rasionallığın çox açıq təzahürü adlandırıb və deyib: Bəzi yerlərdə danışıqlar, bəzi yerlərdə isə raketlər problemi həll edə bilər və biz heç vaxt danışıqlar masasından ayrılmamışıq, amma İranla düşmənçilik etmək istəyənlərə qarşı gücümüzlə dayanacağıq.

Rəisi bəyan edib: Əgər Avropa ölkələri və dünyanın digər ölkələri İranla yaxşı münasibətlər qurmaq istəsələr, biz onların əllərini hərarətlə sıxmağa hazırıq.

İran İslam Respublikası prezidenti 13-cü hökumətdə inqilabi rasionallıq söhbətinin dilənçilik diplomatiyasını əvəz etdiyini vurğulayıb və deyib: Bu inqilabi rasionallığın təzahürlərindən biri də ölkədə iqtisadi rifah olacaqdır.

Qeyd edək ki,Sionist rejim 2024-cü il aprelin 1-i bazar ertəsi günü İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinə hücum edərək, İranın 7 yüksək səviyyəli hərbi müşavirinin şəhadətinə səbəb olan terror hücumu etdi.

Bununla əlaqədar olaraq, bazar günü (14 aprel 2024-cü il) səhər saatlarında İslam İnqilabı Keşikçiləri Korpusu "doğru vəd cəza əməliyyatı" ilə işğal olunmuş ərazilərə doğru pilotsuz təyyarələr və raketlərdən atəş açaraq bu təcavüzkar rejimi cəzalandırıb.