Neçirvan Barzani Ali Rəhbərlə görüşündən yazdı
https://parstoday.ir/azeri/news/iran-i5552-neçirvan_barzani_ali_rəhbərlə_görüşündən_yazdı
İraq Kürdüstan bölgəsinin başçısı Müəzzəm Rəhbərin qəbulundan sonra öz "X" hesabında yazıb:
(last modified 2024-05-09T06:54:03+00:00 )
May 07, 2024 15:37 Asia/Baku
  •     Neçirvan Barzani Ali Rəhbərlə görüşündən yazdı

İraq Kürdüstan bölgəsinin başçısı Müəzzəm Rəhbərin qəbulundan sonra öz "X" hesabında yazıb:

 

Tehranda İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Ayətullahül-üzma Seyid Əli Xamenei ilə görüşmək şərəfi mənə nəsib oldu.

Bu görüşdə İraq və Kürdüstan bölgəsinin İran İslam Respublikası ilə hərtərəfli əlaqələri inkişaf etdirməyə hazır olduğunu və istəyini vurğuladıq.