May 18, 2024 08:37 Asia/Baku
  • İran və Türkiyə arasında elektrik ticarəti başlayıb

İranın Elektrik Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti “TAVANİR” icraçı direktoru İran və Türkiyə arasında elektrik enerjisi ticarətinin başlandığını elan edib.

“Mustafa Rəcəbi Məşhədi” dünən (cümə) virtual məkanda öz şəxsi səhifəsində Ankarada Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşünə istinad edərək yazıb: Tərəflər iki ölkə arasında elektrik enerjisi ticarətinin yekunlaşdırılmasının vacibliyini vurğuladılar və iki ölkə arasında elektrik enerjisi mübadiləsinin ən qısa zamanda əməliyyat və icra mərhələsinə daxil olması qərara alındı.

İran və Türkiyə arasında elektrik enerjisi ticarəti 100 meqavatdan başlanacaq və ən qısa zamanda 500 meqavata çatacaq.-deyə İranın Elektrik Enerjisinin istehsalı, ötürülməsi və paylanmasının idarə edilməsi şirkətinin icraçı direktoru proqnozlaşdırıb.

“Rəcbi ”əlavə edib: İki ölkə arasında elektrik enerjisi və energetika sahəsində əlaqələrin inkişaf etdirilməsi məqsədilə Ankarada Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib, görüş zamanı elektrik enerjisi mübadiləsi imkanlarının inkişafı ilə bağlı müzakirələr aparılıb və iki ölkə arasında elektrik enerjisi ticarətinə başlanacaq.

Türkiyənin Van şəhərində 500 meqavat gücündə HVDC BTB yarımstansiyasının tikintisi və başa çatdırılması nəzərə alınaraq, iki ölkənin pik enerjisini bu yarımstansiya vasitəsilə təmin etmək məqsədi ilə elektrik enerjisi mübadiləsinin ən qısa zamanda istismara verilməsi qərara alınıb.- “TAVANİR” şirkətinin baş direktoru əlavə edib.

 

Teqlər