Paytaxt təmsilçisi İran premyer futbol liqasının çempionu oldu
İran Premyer Liqasının 23-cü mövsümü “Persepolis”in çempionluğu ilə başa çatıb.
Yerli klubların Premyer Futbol Liqasının son həftəsinin oyunları dünən saat 19:00-da başlayıb.
Ən həssas qarşılaşmalardan biri “Azadi” stadionunda "Persepolis" ilə “Meskerman” komandası arasında baş tutub.
Oyunun 85-ci dəqiqəsində Georgi Qolsianinin qolu “Persepolisi” çempionluğa aparıb.
Başqa bir qarşılaşma isə, “Pas Qəvamin” stadionunda Tehranın “İstiqlal” komandası ilə “Peykan” komandası arasında baş tutub. Oyun Paytaxt təmsilçisinin xeyirinə 2:0 hesabı ilə başa çatsa da
komanda, çempionluğu qazana bilməyib.
23-cü mövsümünün ən çox qol vuran oyunçusu isə, Sepahane- İsfahan komandasının hücumçusu Şəhriyar Muğanlu 16 qolla turnirə liderlik edib.