Fransada tibb işçiləri qəzzəlilərlə həmrəylik nümayişi keçirib
(last modified Mon, 11 Nov 2024 06:53:01 GMT )
Noy 11, 2024 10:53 Asia/Baku
  • Fransada tibb işçiləri qəzzəlilərlə həmrəylik nümayişi keçirib

Fransanın tibb işçiləri Qəzzə zolağında fələstinlilərə, eləcə də Qəzzənin şimalındakı xəstəxanaların işçilərə dəstək üçün Paris küçələrinə çıxıblar.

 

Nümayiş zamanı Parisdə səhiyyə sektorunun işçiləri Qəzzənin şimalındakı xəstəxanalar, o cümlədən bir aydan artıqdır sionist rejim ordusunun ciddi mühasirəsi altında olan və dəfələrlə hücumlara məruz qalan Kamal Ədvan xəstəxanasının işçiləri ilə həmrəy olduqlarını bildiriblər. Etirazçılar yerə uzanaraq İsrailin Qəzzədə fələstinlilərə qarşı soyqırımı səhnəsini canlandırıblar.

Qəzzədə havadan bombardmanlar və top atəşləri ilə davam edən qan tökülməsi, son 13 ayda işğalçı sionist rejimə qarşı qlobal hiddətə səbəb olub, dünyanın müxtəlif ölkələrində cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar öz qəzəblərini bildirmək üçün küçələrə çıxıblar.

Köçkün fələstinlilərin yerləşdiyi düşərgələr və BMT-nin idarə etdiyi məktəblər, məscidlər, kilsələr, xəstəxanalar və çadırlar hələ də demək olar ki, hər gün sionist rejimin döyüş təyyarələri tərəfindən hədəfə alınır.

Fələstin Səhiyyə Nazirliyi sionist rejimin son 24 saat ərzində Qəzzədə 4 qırğıntörətdiyini, nəticədə 44 nəfərin şəhid olduğunu, 81 nəfərin isə yaralandığını açıqlayıb.

Beləliklə də sionist rejimin soyqırım müharibəsinin başlamasından bu yana 43 min 552 fələstinli şəhid olub, yaralıların sayı isə 102 min 765 nəfərə çatıb.