Müharibəni biz başlatmadıq, amma bu təcavüzə qarşı möhkəm dayandıq
https://parstoday.ir/azeri/news/iran-i14170-müharibəni_biz_başlatmadıq_amma_bu_təcavüzə_qarşı_möhkəm_dayandıq
İrana qarşı hücumlar elə bir vəziyyətdə baş verdi ki, İran və ABŞ diplomatik həll yolu tapmaq üçün həmin ay danışıqları bərpa etdilər. Ölkəmizin lideri, komandirlərimiz, rəsmilərimiz, alimlərimiz, tələbələrimiz və adi insanlar şəhid oldular. Şəhərlərimiz və infrastrukturumuz hədəfə alındı
(last modified 2026-08-27T09:10:00+00:00 )
Avq 27, 2026 13:07 Asia/Baku
  • Müharibəni biz başlatmadıq, amma bu təcavüzə qarşı möhkəm dayandıq

İrana qarşı hücumlar elə bir vəziyyətdə baş verdi ki, İran və ABŞ diplomatik həll yolu tapmaq üçün həmin ay danışıqları bərpa etdilər. Ölkəmizin lideri, komandirlərimiz, rəsmilərimiz, alimlərimiz, tələbələrimiz və adi insanlar şəhid oldular. Şəhərlərimiz və infrastrukturumuz hədəfə alındı

40- ci Beynəlxalq İslam Birliyi Konfransı Tehranda Prezident Məsud Pezeşkianın iştirakı ilə keçirilib

İslam Birliyi Konfransında"Şəhid İmamın Düşüncəsində İslam Birliyi" şüarı altında İraq, Pakistan, Türkiyə, Livan, Əfqanıstan və Fars körfəzi ölkələri də daxil olmaqla 40 ölkədən təxminən 600 yerli və xarici qonağın iştirakı ilə keçirilir

İran Prezidenti İslam Birliyi Konfransındaki çixişinda  deyib:

Əziz qardaş və bacılar, İmam Şəhid Ayətullah Xamenei illərdir xəbərdarlıq edirdi ki, cəhalət yalnız Peyğəmbərdən əvvəlki dövrə aid deyil. Elm inkişaf edə bilər və güc vasitələri arta bilər, lakin insan ləyaqəti məhv edilərsə, yeni bir cəhalət forması ortaya çıxır və şəhid lider həmişə bu məsələni vurğulayıb.

 

O, sozlərinin  davaminda  deyib: Niyə iki müsəlman ölkəsi arasında hər böhran yarandıqda, İslam dünyasından kənar bir güc tez-tez sülhə vasitəçilik etməlidir və ən əsası, niyə İslam torpaqları hələ də müharibə, işğal, köçkünlük və qlobal təhlükəsizliyin ən vacib mərkəzləri arasındadır? Fələstin, Qəzza, Sudan, Livan, Yəmən və müsəlman xalqının illərdir davam edən münaqişə, işğal, ekstremizm və güc rəqabətinin bədəlini ödədiyi digər yerlərdəndir

Iran Prezidenti əlavə edib: İrana qarşı hücumlar elə bir vəziyyətdə baş verdi ki, İran və ABŞ diplomatik həll yolu tapmaq üçün həmin ay danışıqları bərpa etdilər. Ölkəmizin lideri, komandirlərimiz, rəsmilərimiz, alimlərimiz, tələbələrimiz və adi insanlar şəhid oldular. Şəhərlərimiz və infrastrukturumuz hədəfə alındı.

Müharibəni biz başlatmadıq, amma bu təcavüzə qarşı möhkəm dayandıq.