ABŞ fitnə törətsə, elə bir zərbə vuracağıq ki, tarixə düşəcək
https://parstoday.ir/azeri/news/iran-i14184-abŞ_fitnə_törətsə_elə_bir_zərbə_vuracağıq_ki_tarixə_düşəcək
Milli Təhlükəsizlik Ali Şurasının katibi xəbərdarlıq edib: «Əgər ABŞ İrana qarşı hər hansı fitnə və təxribat törətməyə başlasa, onların hərbi və iqtisadi maraqlarına elə bir zərbə vuracağıq ki, bu, tarixə düşəcək.»
(last modified 2026-08-28T05:32:47+00:00 )
Avq 28, 2026 09:29 Asia/Baku
  • ABŞ fitnə törətsə, elə bir zərbə vuracağıq ki, tarixə düşəcək

Milli Təhlükəsizlik Ali Şurasının katibi xəbərdarlıq edib: «Əgər ABŞ İrana qarşı hər hansı fitnə və təxribat törətməyə başlasa, onların hərbi və iqtisadi maraqlarına elə bir zərbə vuracağıq ki, bu, tarixə düşəcək.»

PARS TODAY-ın İran Milli Təhlükəsizlik Ali Şurasından verdiyi məlumata görə, Milli Təhlükəsizlik Ali Şurasının katibi general-mayor Möhsün Rzayi Qətər hökumətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə görüşüb və danışıqlar aparıb.

General-mayor Möhsün Rzayi görüş zamanı İranın Qətərə çətin günlərdə və ağır şəraitdə göstərdiyi yardıma toxunaraq iki ölkə arasında dostluq və qardaşlığın vacibliyini vurğulayıb.

Milli Təhlükəsizlik Ali Şurasının katibi ABŞ-a etimad etmədiklərini və amerikalıların dəfələrlə diplomatiyaya və danışıqlara xəyanət etdiklərini bildirərək xəbərdarlıq edib: «Əgər ABŞ İrana qarşı hər hansı təxribat törətməyə başlasa, onların hərbi və iqtisadi maraqlarına elə bir zərbə vuracağıq ki, bu, tarixə düşəcək.»

General-mayor Möhsün Rzayi əlavə edib: «ABŞ ilk növbədə İranın irəli sürdüyü şərtlərin yerinə yetirilməsi istiqamətində praktiki addımlar atmalıdır. Bundan sonra İran Hörmüz boğazını yenidən açacaq.»

Qətər hökumətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani isə İran İslam Respublikasının çətin şəraitdə göstərdiyi yardıma və iki ölkə arasındakı qardaşlıq münasibətlərinə görə minnətdarlığını ifadə edərək bildirib: «İran İslam Respublikası ilə əməkdaşlıq məsələsində heç vaxt tərəddüd etməmişik.»

 

O əlavə edib: «Regionda mövcud həssas vəziyyətdə məsuliyyət hissindən irəli gələn yanaşma ilə İranla əməkdaşlığa hər zaman böyük maraq göstəririk.»