İran-Çin münasibətləri üçün heç kimin icazəsinə ehtiyac yoxdur
https://parstoday.ir/azeri/news/iran-i14178-İran_Çin_münasibətləri_üçün_heç_kimin_icazəsinə_ehtiyac_yoxdur
İran İslam Şurası Məclisinin sədri deyib: İran və Çin arasındakı hərtərəfli strateji tərəfdaşlıq heç kimin icazəsinə ehtiyac duymur.
(last modified 2026-08-27T10:54:51+00:00 )
Avq 27, 2026 14:49 Asia/Baku
  • İran-Çin münasibətləri üçün heç kimin icazəsinə ehtiyac yoxdur

İran İslam Şurası Məclisinin sədri deyib: İran və Çin arasındakı hərtərəfli strateji tərəfdaşlıq heç kimin icazəsinə ehtiyac duymur.

"Pars Today" in məlumatına görə, İran İslam Şurası Məclisinin sədri və İranın Çin işləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Baqer Qalibaf çərşənbə axşamı sosial media platformasında Çinin ABŞ-ın İrana qarşı sanksiyalarına əməl etməməsi ilə bağlı mövqeyinə cavab olaraq yazıb: "Biz Çinin İrana qarşı qanunsuz sanksiyaları rədd etməkdəki prinsipial mövqeyini alqışlayırıq".

Qalibaf əlavə edib: "İran və Çin arasındakı hərtərəfli strateji tərəfdaşlıq qarşılıqlı hörmətə, qarşılıqlı faydalı əməkdaşlığa və çoxqütblü dünya üçün ortaq bir vizyona əsaslanır. İki ölkə arasındakı münasibətlər heç kimin icazəsini tələb etmir".