Prezidentin helikopterinnin qəzaya uğradığı yerdə 240 xilasedici var
https://parstoday.ir/azeri/news/iran-i5658-prezidentin_helikopterinnin_qəzaya_uğradığı_yerdə_240_xilasedici_var
 Qızıl Aypara Milli Fövqəladə Hallar İdarəetmə Qərargahı 2 nömrəli bildirişində Prezidentin helikopterinin qəzaya uğraması ilə bağlı son axtarış tədbirlərini açıqlayıb.
(last modified 2024-05-20T01:39:34+00:00 )
May 19, 2024 16:57 Asia/Baku
  • Prezidentin helikopterinnin qəzaya uğradığı yerdə 240 xilasedici var

 Qızıl Aypara Milli Fövqəladə Hallar İdarəetmə Qərargahı 2 nömrəli bildirişində Prezidentin helikopterinin qəzaya uğraması ilə bağlı son axtarış tədbirlərini açıqlayıb.

 

Qızıl Aypara Milli Fövqəladə Hallar İdarəetmə Qərargahı bazar günü axşam saat 21:00-da yaydığı 2 nömrəli bildirişdə qəzaya düçar olmuş helikopterlə bağlı son axtarış tədbirlərini açıqlayıb.Bildirişdə qeyd olunub:1. Xilasetmə qruplarının gücləndirilməsi və Prezidenti daşıyan helikopterin qəza baş verməsi ehtimalı olunan Vərziqan bölgəsinin Ərdəşir-Bərazin arasındakı ərazidə axtarış işlərinin davam etdirilməsi.2. Bu bölgə dumanlı və yağışlı olmaqla yanaşı, meşə və qayalı teksturaya malikdir. Bu səbəbdən qəza yerinə çatmaq üçün dağ-xilasetmə qruplarının imkanlarından istifadə edilib.3. Qonşu əyalətlərin hazırlıq vəziyyətinə gətirilməsi və qəza bölgəsində xilasetmə qüvvələrinin 240 nəfərə artırılması4. Axtarış əməliyyatlarının sürətini artırmaq üçün Silahlı Qüvvələr, Polis Komandanlığı və Qızıl Aypara Cəmiyyəti arasında müntəzəm iş bölgüsü5. Hazırda Uzi kəndi dəstək qrupları, xilasetmə maşınları, xəstəxana təcili yardım maşınları, pilotsuz təyyarə qrupu və Qızıl Aypara Cəmiyyətinin radio rabitəsinin yerləşdiyi məkandır.