İranın ictimai və inqilabçı Prezidentinin pak ruhu mələkut aləminə ucaldı
https://parstoday.ir/azeri/news/iran-i5660-İranın_ictimai_və_inqilabçı_prezidentinin_pak_ruhu_mələkut_aləminə_ucaldı
Ayətullah Seyid İbrahim Rəisi və İran İslam Respublikasının 8-ci Prezidenti –bazar günü, mayın 19-u axşamüstü Qız Qalası bəndinin açılış mərasimindən Təbriz şəhərinə qayıdarkən Şərqi Azərbaycan əyalətinin Vərziqan bölgəsində hava qəzası keçirib– onu müşayən edən nümayəndə heyəti ilə birlikdə  yüksək şəhidlik məqamına nail olmuşdur.
(last modified 2026-04-08T07:08:49+00:00 )
May 20, 2024 04:12 Asia/Baku
  • İranın ictimai və inqilabçı Prezidentinin pak ruhu mələkut aləminə ucaldı

Ayətullah Seyid İbrahim Rəisi və İran İslam Respublikasının 8-ci Prezidenti –bazar günü, mayın 19-u axşamüstü Qız Qalası bəndinin açılış mərasimindən Təbriz şəhərinə qayıdarkən Şərqi Azərbaycan əyalətinin Vərziqan bölgəsində hava qəzası keçirib– onu müşayən edən nümayəndə heyəti ilə birlikdə  yüksək şəhidlik məqamına nail olmuşdur.

 

Hazırda Prezidenti daşıyan helikopterin qəzaya uğradığı yerdə olan yerli mənbələr Prezidentin və onu müşayət edən şəxslərin şəhid olduğunu təsdiqləyib.

Vəliyyi-fəqihin nümayəndəsi və Təbrizin imam cüməsi höccətül-islam vəl-müslimin Ali-Haşim, Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti, Prezidentin mühafizə bölməsinin komandiri Seyid Məhdi Musəvi, bir neçə mühafizəçi və helikopter heyəti Prezidenti daşıyan helikopterin sərnişinləri arasında olub.

Bu kontekstdə İslam Respublikası hökuməti açıqlama verəcək.