Əmir-Abdullahian İranın Afrika ölkələri ilə əlaqələrinin inkişafını alqışlayıb
https://parstoday.ir/azeri/news/iran-i576-Əmir_abdullahian_İranın_afrika_ölkələri_ilə_əlaqələrinin_inkişafını_alqışlayıb
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Burkina-Fasonun xarici işlər nazirinin müavini İsa Buro ilə görüşündə İran İslam Respublikası ilə Afrika ölkələri arasında əlaqələrin inkişafını alqışlayıb.
(last modified 2023-08-27T04:57:47+00:00 )
İyun 19, 2023 06:47 Asia/Baku
  • Əmir-Abdullahian İranın Afrika ölkələri ilə əlaqələrinin inkişafını alqışlayıb

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Burkina-Fasonun xarici işlər nazirinin müavini İsa Buro ilə görüşündə İran İslam Respublikası ilə Afrika ölkələri arasında əlaqələrin inkişafını alqışlayıb.

İRNA-nın məlumatına görə, Hüseyn Əmir-Abdullahian İranın Burkina-Faso ilə əlaqələrindəki son Tədbirlərə və iki ölkə arasında nümayəndə heyətlərinin mübadiləsinə toxunaraq deyib: İran İslam Respublikası Afrika ölkələri ilə əlaqələrin inkişafını öz gündəliyinə salıb.

İranın xarici işlər naziri yaxın vaxtlarda Burkina-Fasoda birgə komissiya iclasının keçirilməsini bütün iqtisadi, ticarət, elm və təhsil sahələrində münasibətlərin tənzimlənməsi üçün yaxşı fürsət kimi qiymətləndirib.

Burkina-Fasonun xarici işlər nazirinin müavini Tehran səfərindən məmnunluğunu ifadə edərək, bu səfərin məqsədinin iki ölkənin maraq dairələrini, xüsusilə də iqtisadi əlaqələri araşdırmaq olduğunu bildirib.

İsa Buro Burkina-Fason dövlətinin səfirliyin yenidən açılması və Tehrana səfir göndərilməsi qərarını vurğulayaraq əlavə edib: Tərəflərin əlaqələri inkişaf etdirmək iradəsini nəzərə alaraq, bütün sahələrdə əlaqələrin dərinləşməsi və genişləndirilməsi üçün lazımi zəmin mövcuddur.