Əmir-Abdullahian İranın Afrika ölkələri ilə əlaqələrinin inkişafını alqışlayıb
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Burkina-Fasonun xarici işlər nazirinin müavini İsa Buro ilə görüşündə İran İslam Respublikası ilə Afrika ölkələri arasında əlaqələrin inkişafını alqışlayıb.
İRNA-nın məlumatına görə, Hüseyn Əmir-Abdullahian İranın Burkina-Faso ilə əlaqələrindəki son Tədbirlərə və iki ölkə arasında nümayəndə heyətlərinin mübadiləsinə toxunaraq deyib: İran İslam Respublikası Afrika ölkələri ilə əlaqələrin inkişafını öz gündəliyinə salıb.
İranın xarici işlər naziri yaxın vaxtlarda Burkina-Fasoda birgə komissiya iclasının keçirilməsini bütün iqtisadi, ticarət, elm və təhsil sahələrində münasibətlərin tənzimlənməsi üçün yaxşı fürsət kimi qiymətləndirib.
Burkina-Fasonun xarici işlər nazirinin müavini Tehran səfərindən məmnunluğunu ifadə edərək, bu səfərin məqsədinin iki ölkənin maraq dairələrini, xüsusilə də iqtisadi əlaqələri araşdırmaq olduğunu bildirib.
İsa Buro Burkina-Fason dövlətinin səfirliyin yenidən açılması və Tehrana səfir göndərilməsi qərarını vurğulayaraq əlavə edib: Tərəflərin əlaqələri inkişaf etdirmək iradəsini nəzərə alaraq, bütün sahələrdə əlaqələrin dərinləşməsi və genişləndirilməsi üçün lazımi zəmin mövcuddur.