İranın milli xokkey komandası Asiya çempionatının qalibi olub
https://parstoday.ir/azeri/news/iran-i5802-İranın_milli_xokkey_komandası_asiya_çempionatının_qalibi_olub
Ölkəmizin qapalı xokkey üzrə yığma komandası Asiya çempionatının qalibi olub və 2025-ci ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.
(last modified 2024-05-26T04:48:05+00:00 )
May 25, 2024 17:44 Asia/Baku
  • İranın milli xokkey komandası Asiya çempionatının qalibi olub

Ölkəmizin qapalı xokkey üzrə yığma komandası Asiya çempionatının qalibi olub və 2025-ci ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.

 

İranın qapalı xokkey milli komandası bu gün, 25 may, şənbə günü, Asiya çempionatının final mərhələsində, Malayziya komandasına 7:1 hesabı ilə qalib gələrək bu turnirin qızıl medalını qazanıb.Ölkəmizin qapalı xokkey üzrə yığma komandası Qazaxıstanın evsahibliyi etdiyi Asiya çempionatının qrup mərhələsində Tailand və Sinqapur komandalarını məğlub etməyi bacarıb, həmçinin Tacikistan yığmasına da 37:0 hesabı ilə qalib gəlib.Üçüncü dünya çempionu olan ölkəmizin milli komandası bu yarışların davamında oyunların evsahibi ilə üz-üzə gəlib və meydanda 5-3 hesabı ilə qalib gəlib, lakin Asiya çempionatının ikinci qrup mərhələsinin son oyununda Malayziya ilə 3:3 hesablı heç-heçə edib.İran bu yarışın keçirildiyi 10 dəfədən 9-da çempion olub və  Asiyanın ən qürurlu qapalı xokkey komandası adını daşıyır.