Bayden: İranın İsrailə geniş miqyaslı PUA və raket hücumu dağıdıcı idi
https://parstoday.ir/azeri/news/iran-i5812-bayden_İranın_İsrailə_geniş_miqyaslı_pua_və_raket_hücumu_dağıdıcı_idi
 ABŞ prezidenti Co Bayden şənbə günü (yerli vaxtla) Nyu-Yorkun West Point şəhərindəki Birləşmiş Ştatların Hərbi Akademiyasında çıxışı zamanı deyib: İranın İsrailə geniş miqyaslı PUA və raket hücumu dağıdıcı hücum idi və mən ABŞ ordusunun Təl-Əvivə bu hücumdan müdafiəsinə kömək etməsini yüksək qiymətləndirirəm.
(last modified 2024-05-29T06:00:36+00:00 )
May 26, 2024 11:54 Asia/Baku
  • Bayden: İranın İsrailə geniş miqyaslı PUA və raket hücumu dağıdıcı idi

 ABŞ prezidenti Co Bayden şənbə günü (yerli vaxtla) Nyu-Yorkun West Point şəhərindəki Birləşmiş Ştatların Hərbi Akademiyasında çıxışı zamanı deyib: İranın İsrailə geniş miqyaslı PUA və raket hücumu dağıdıcı hücum idi və mən ABŞ ordusunun Təl-Əvivə bu hücumdan müdafiəsinə kömək etməsini yüksək qiymətləndirirəm.

 

Tələbələrin buraxılış mərasimində iştirak etmək üçün bu hərbi akademiyaya gedən Bayden Avropa və Yaxın Şərqdə davam edən qarşıdurmalara işarə edərək, iddia etdi: Birləşmiş Ştatların tarixində elə bir vaxt olmayıb ki, biz Ukraynanın müdafiəsini dəstəkləməkdən tutmuş Qəzzaya humanitar yardımı asanlaşdırmağa və İranın hücumlarına qarşı İsraili (rejimini) müdafiə etməyə kimi hərbi qüvvələrimizdən dünyanın müxtəlif yerlərində eyni vaxtda olmağı və müxtəlif missiyaları yerinə yetirməsini istəyək.