Narkotiklərlə mübarizədə İran ən aktiv ölkədir
Qərargah rəhbəri: İran qlobal narkotik müharibəsində ön sıralardadır
İranın Narkotiklərlə Mübarizə Baş Qərargahının rəhbəri İsgəndər Mömini deyib ki, İran qlobal narkotik müharibəsində ön sıralardadır.
Onun sözlərinə görə, NATO-nun Əfqanıstanda mövcud olduğu 20 il ərzində orada narkotik istehsalı 50 dəfə artıb. Bununla yanaşı 2022-ci ildə narkotik istehsalı, əsasən də tiryək xaşxaşının əkin sahəsi Talibanın hakimiyyətə gəlməsi ilə artmaqda davam edib.
İsgəndər Mömini qeyd edib ki, müvafiq olaraq, İran qlobal narkotik müharibəsində ön sıralardadır. Dünya üzrə tiryəkin 90%-i, morfinin 50%-i, heroinin 27%-i İranda müsadirə edilib, məhv edilir.
Bu yaxınlarda isə Birləşmiş Millətlər Təşkilatı İran İslam Respublikasına narkotiklərlə mübarizədə beynəlxalq əməkdaşlıq sahəsində gördüyü işlərə görə təşəkkür edib.