Qəribabadi: Sionist rejim üçün cinayət törətmək bədəlini artıracayıq
İnsan Haqları Qərargahının katibi və Məhkəmə Sistemi sədrinin beynəlxalq məsələlər üzrə müavini sionist rejimin Qəzzə zolağının müdafiəsiz xalqına qarşı cinayətlərinin davam etməsinə toxunaraq bildirib: “Sionist aparteid rejimi üçün bu cinayətlərin bədəlini artıracağıq.”
Kazim Qəribabadi cümə günü sosial şəbəkədəki şəxsi səhifəsində yazıb: “İran İslam Respublikası keçmişdə olduğu kimi, aparteid və barbar sionist rejimin cinayətləri ilə mübarizə aparmaq üçün bütün imkanlarından istifadə edəcək.”O, vurğulayıb: “İnsan haqlarının yalançı müdafiəçiləri özlərini yatmışlığa vura bilərlər, amma dünyanın oyaq vicdanları cinayətlərin davam etməsinə imkan verməyəcək. Biz (sionist) rejim üçün bu cinayətlərin bədəlini artıracağıq.”