Xəyyamın peyki ilə “Məscid ən-Nəbi”dən çəkilən görüntülər Nəşr olundu
https://parstoday.ir/azeri/news/iran-i592-xəyyamın_peyki_ilə_məscid_ən_nəbi_dən_çəkilən_görüntülər_nəşr_olundu
İranın Xəyyam peyki tərəfindən “Məscid ən-Nəbi” dən çəkilən görüntülər yayılıb.
(last modified 2023-06-21T07:54:51+00:00 )
İyun 19, 2023 10:46 Asia/Baku

İranın Xəyyam peyki tərəfindən “Məscid ən-Nəbi” dən çəkilən görüntülər yayılıb.

Xəyyam peyki 9 avqust 2022-ci ildə  “Soyuz” peyk daşıyıcısı vasitəsilə yerin 500 km orbitinə buraxılıb.

“Xəyyam” peyki İran Kosmik Təşkilatının tədqiqatçıları tərəfindən peyk məlumatlarını təmin etmək və kosmos sənayesinin kənd təsərrüfatı və ətraf mühit kimi sahələrdə tətbiqlərini inkişaf etdirmək məqsədilə istehsal olunub.

İran Kosmik Təşkilatı Həcc ziyarəti münasibətilə Xəyyam peykinin “Məscid ən-Nəbi”dən götürdüyü görüntüləri dərc edib.

Xəyyam peyki İran Kosmik Təşkilatına məxsusdur və onun orbitə buraxılması ölkənin ehtiyac duyduğu kosmik məlumatları təmin etmək üçün böyük bir addımdır. Onun yüksək dəqiqlikli təsvirlərindən müxtəlif tətbiqlər, o cümlədən kənd təsərrüfatı vı ətraf mühit sahələrində istifadə olunur.