Ötən il İranın ticarət dövriyyəsi 180 milyard dollar olub
https://parstoday.ir/azeri/news/iran-i6072-Ötən_il_İranın_ticarət_dövriyyəsi_180_milyard_dollar_olub
Mərkəzi Bankın iqtisadiyyat üzrə sədr müavini Mərkəzi Bankın tədiyə balansına əsaslanaraq hicri şəmsi təqvimilə 1402-ci (mart 2023-2024) ildə İranda 180 milyard dollarlıq ticarət dövriyyəsi olduğunu açıqlayıb.
(last modified 2024-06-11T06:06:39+00:00 )
İyun 10, 2024 11:36 Asia/Baku
  • Ötən il İranın ticarət dövriyyəsi 180 milyard dollar olub

Mərkəzi Bankın iqtisadiyyat üzrə sədr müavini Mərkəzi Bankın tədiyə balansına əsaslanaraq hicri şəmsi təqvimilə 1402-ci (mart 2023-2024) ildə İranda 180 milyard dollarlıq ticarət dövriyyəsi olduğunu açıqlayıb.

 

İRNA-nın Mərkəzi Bankdan verdiyi xəbərə görə, Məhəmməd Şirician bununla bağlı bildirib: Mərkəzi Bankın tədiyyə balansına əsasən, 1402-ci ildə biz 100 milyard dollar ekvivalentində mal ixrac etmişik ki, bu da 1401-ci ildəkindən üç faiz çoxdur. 

O, sözlərinə belə davam edib: Malların idxalı 6,2% artaraq 80 milyard dollara bərabər olub. 

Şirician əlavə edib: Ümumilikdə 1402-ci ildə İranın ticarət dövriyyəsi 180 milyard dollara bərabər olub, mal hesabı da bu il müsbət 20,5 milyard dollara bərabərdir.