Prezident seçkiləri üçün səlahiyyətləri təsdiq edilmiş namizədlərin adları açıqlanıb
https://parstoday.ir/azeri/news/iran-i6074-prezident_seçkiləri_üçün_səlahiyyətləri_təsdiq_edilmiş_namizədlərin_adları_açıqlanıb
Ölkənin Seçki Qərargahının mətbuat xidmətinin katibi 14-cü prezident seçkiləri üçün səlahiyyətləri təsdiq edilmiş namizədlərin yekun adlarını açıqlayıb.
(last modified 2024-06-11T06:06:40+00:00 )
İyun 10, 2024 11:36 Asia/Baku
  • Prezident seçkiləri üçün səlahiyyətləri təsdiq edilmiş namizədlərin adları açıqlanıb

Ölkənin Seçki Qərargahının mətbuat xidmətinin katibi 14-cü prezident seçkiləri üçün səlahiyyətləri təsdiq edilmiş namizədlərin yekun adlarını açıqlayıb.

 

İRNA-nın siyasi məsələlər üzrə bölməsinin müxbirinin bildirdiyinə görə, ölkənin Seçki Qərargahının sözçüsü Möhsün İslami bu gün 14-cü prezident seçkiləri üçün səlahiyyətləri təsdiq edilmiş namizədlərin adlarını açıqlayıb.

Prezident seçkilərində iştirak hüququ qazanan 6 namizədin adı belədir:

1. Mustafa Purməhəmmədi

2. Məsud Pezeşkiyan

3. Səid Cəlili

4. Əlirza Zakani

5. Məhəmmədbaqir Qalibaf

6. Seyid Əmirhüseyn Qazizadə Haşimi