Ərak bələdiyyəsinin zooparkında İran sarı maralı doğulub
https://parstoday.ir/azeri/news/iran-i6162-Ərak_bələdiyyəsinin_zooparkında_İran_sarı_maralı_doğulub
 Ərak bələdiyyəsinin zooparkının direktoru bu şəhərin zoopark kompleksində nəsli kəsilməkdə olan növ olan İran sarı maralının doğulduğu barədə məlumat verib.
(last modified 2026-04-08T07:08:49+00:00 )
İyun 15, 2024 10:51 Asia/Baku
  • Ərak bələdiyyəsinin zooparkında İran sarı maralı doğulub

 Ərak bələdiyyəsinin zooparkının direktoru bu şəhərin zoopark kompleksində nəsli kəsilməkdə olan növ olan İran sarı maralının doğulduğu barədə məlumat verib.

 

Əli Sadiqi şənbə günü İRNA-ya müsahibəsində əlavə edib: Zoopark kompleksində göstərilən səylərlə nəsli kəsilmək təhlükəsi ilə üzləşən İran sarı marallarının nadir növlərinin saxlanması üçün şərait elə təmin edilib ki, biz bu heyvan növünün bir başının doğulmasına şahid oluruq. 

O, bu növün doğulmasının kolleksiya üçün çox dəyərli olduğunu bildirərək dedi: Yeni doğulan buzov ana maralla birlikdə yaxşı və stabil vəziyyətdədir və onlara zooparkın məsul işçiləri və müvafiq baytar həkim tərəfindən qulluq edilir. 

İran sarı maralı (elmi adı: Dama dama mesopotamica) nəsli kəsilmək ərəfəsində olan sarı maralın yarımnövüdür, İran sarı maralı Şokadan böyük, Meraldan (İranda yaşayan digər iki maral növü) kiçikdir və arxa və yan tərəflərindəki ağ xallar onu bu iki maral növündən tamamilə fərqləndirir.