Kənd Təsərrüfatı Cihadı Naziri “Captain Bee” gübrə səpən dronunu təqdim etdi
https://parstoday.ir/azeri/news/iran-i6166-kənd_təsərrüfatı_cihadı_naziri_captain_bee_gübrə_səpən_dronunu_təqdim_etdi
 Dünən (14 iyun 2024-cü il) Kənd Təsərrüfatı Cihadı Naziri Abadiran sərgisində biliklərə əsaslanan bir şirkət tərəfindən istehsal edilmiş “Captain Bee” (kapitan arı) adlı yeni gübrə səpən dronunu təqdim etdi.
(last modified 2024-06-18T03:24:08+00:00 )
İyun 15, 2024 10:57 Asia/Baku
  • Kənd Təsərrüfatı Cihadı Naziri “Captain Bee” gübrə səpən dronunu təqdim etdi

 Dünən (14 iyun 2024-cü il) Kənd Təsərrüfatı Cihadı Naziri Abadiran sərgisində biliklərə əsaslanan bir şirkət tərəfindən istehsal edilmiş “Captain Bee” (kapitan arı) adlı yeni gübrə səpən dronunu təqdim etdi.

 

İRNA-nın elm və təhsil qrupunun verdiyi məlumata görə, bu məhsul dizayn strukturuna, azaldılmış batareya sərfiyyatına və qanadlarının xüsusi dizaynına görə daha stabil olan “Captain Bee” dronu adlanır. Dron qanadının çiləmə qabiliyyətini yaxşılaşdırmaq üçün modullar və günəş panellərindən istifadə edilməsi bu dronun xüsusiyyətlərindən biridir. 

Bu gübrə səpən dronun digər unikal xüsusiyyəti dronu süni intellektlə uzaqdan izləmək və idarə etmək qabiliyyətidir.