Əmir Abdullahian: daha çox Birgə sərhəd layihələri gündəmdədir
https://parstoday.ir/azeri/news/iran-i62-Əmir_abdullahian_daha_çox_birgə_sərhəd_layihələri_gündəmdədir
İranın xarici işlər naziri Pişin-Mənd müştərək sərhəd bazarı və elektrik enerjisi mübadiləsi xəttinin açılmasına toxunaraq, daha çox ortaq sərhəd layihələrinin gündəmdə olduğunu açıqlayıb.
(last modified 2026-04-08T07:08:49+00:00 )
May 19, 2023 05:27 Asia/Baku
  • Əmir Abdullahian: daha çox Birgə sərhəd layihələri gündəmdədir

İranın xarici işlər naziri Pişin-Mənd müştərək sərhəd bazarı və elektrik enerjisi mübadiləsi xəttinin açılmasına toxunaraq, daha çox ortaq sərhəd layihələrinin gündəmdə olduğunu açıqlayıb.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian cümə axşamı axşam Tvitter hesabında İran və Pakistan arasında sərhədin açılması ilə bağlı yazıb: “İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi, Pakistanın baş naziri Şahbaz Şərifov və iki ölkənin yüksək vəzifəli şəxslərinin iştirakı ilə , " Pişin-Mənd "  ortaq sərhəd bazarı və elektrik mübadiləsi xətti açıldı.

İranın XİN-nın rəhbəri vurğulayıb ki, Sistan və Bəluçistan və Pakistanın qonşu bölgələrinin gələcək inkişafı hər iki xalqın xeyrinədir.

Pişində rəsmi quru sərhədinin yaradılması Pakistanda bu ölkənin şərqindəki Kəraçi və Lahor kimi ən böyük iqtisadi əyalətlərinədək nəqliyyat infrastrukturunun mövcudluğuna görə bu ərazilərə asan çıxışı təmin edəcək.