QONŞULARLA ƏLAQƏLƏRİN HƏRTƏRƏFİ VƏ DAVAMLI İNKİŞAFI ƏSAS İSTİQAMƏTDİR
İran Xarici işlər naziri Qətərə səfərində qonşularla münasibətlərin hərtərəfli inkişafının davam etdirilməsi dövlətin balanslaşdırılmış xarici siyasət doktrinasında əsas istiqamətlərdən biri olduğunu deyib.
Qeyd edək ki, bu gün səhər Qətərin yüksək rütbəli rəsmiləri ilə görüşü məqsədi ilə nümayəndə heyətinin müşayəti altında Dohaya gələn və daha sonra səfərini Omana davam etdirməyi planlaşdıran Hüseyn Əmir Abdullahian bununla bağlı Twitter-də yazıb ki, “qonşularla münasibətlərin hərtərəfli inkişafının davam etdirilməsi dövlətin balanslaşdırılmış xarici siyasət doktrinasında əsas istiqamətlərdən biridir”O, həmçinin İran qonşularının mühüm iqtisadi, ticarət və siyasi imkanlarından faydalanmalı olduğunu bildirərək qeyd edib ki, “Münasibətləri daha da genişləndirilməsi və hər iki ölkənin yüksək rütbəli şəxslərinin öncədən baş tutmuş qarşılıqlı səfərlərinin gedişatını izləmək üçün bu gün Qətər və Omana yola düşdüm”Məlumata görə, Əmir Abdullahianın Qətərə səfəri ikitərəfli və regional məsləhətləşmələr çərçivəsində həyata keçiriləcək.Əmir Abdullahian Dohadan sonra növbəti səfəri Omana olacaq.